[25:56]

(Ya Rəsulum!) Biz səni yalnız (mö'minlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.

[25:57]

De: "Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. (Mən öz peyğəmbərliyimə görə sizdən heç bir şey istəmirəm, lakin iman gətirmiş bir şəxs malını Allah yolunda sərf etsə, ona da mane olan deyiləm).

[25:58]

(Ya Rəsulum!) ?lməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et (və ya Onun ne'mətlərinə şükür edərək namaz qıl). (Allahın) ?z bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər.

[25:59]

O, göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən, sonra ərşi yaradıb ona hakim olan Rəhmandır. Bunu bir biləndən (Allahın ?zündən və ya Cəbraildən) xəbər al!

[25:60]

Onlara (müşriklərə): "Rəhmana (rəhmli olan Allaha) səcdə edin!" - deyildiyi zaman, onlar: "Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?" - deyə cavab verərlər. Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da artırar.

[25:61]

Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur!

[25:62]

(Allahın qüdrətini həmişə) yada salmaq və (ne'mətlərinə) şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!

[25:63]

Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.

[25:64]

Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.

[25:65]

Və belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!

[25:66]

Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!"

[25:67]

Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.