[25:68]
Onlar Allahla
yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram
buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.
[25:69]
Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.
[25:70]
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah
onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah
bağışlayandır, rəhm edəndir!
[25:71]
Hər kəs tövbə edib
yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda)
dönər.
[25:72]
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman
onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);
[25:73]
O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);
[25:74]
Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və
uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib)
gözümüzün işığı (bəbəyi) olacaq övladlar
ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! - deyərlər.
[25:75]
Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə
mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.
[25:76]
Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı
iqamətgahdır!
[25:77]
(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz
(Qur'anı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!"