Ash-Shuarâ
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[26:1]
Ta, Sin, Mim!
[26:2]
Bunlar (haqqı batildən ayıran, mö'cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
[26:3]
(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (?zünü həlakmı edəcəksən?)
[26:4]
Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
[26:5]
Onlara Rəhmandan (rəhmli olan
Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
[26:6]
Onlar (Qur'anı) yalan
hesab etdilər. Onların istehza etdiklərinin
(Qur'anın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır.
(Qiyamət günü, yaxud Bədr
döyüşündə büsbütün mə'yus olacaqlar).
[26:7]
Məgər onlar yer üzünə baxıb orada
növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi
görmürlərmi?
[26:8]
Şübhəsiz ki, bunda (Qur'anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.
[26:9]
Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
[26:10]
(Ya Rəsulum!) Yadına gətir ki, bir zaman
Rəbbin Musaya belə buyurmuşdu: "Get o zalım tayfanın yanına -
[26:11]
Fir'on tayfasının
yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail
övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?"
[26:12]
(Musa) dedi: "Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından
qorxuram!
[26:13]
Urəyim sıxılır,
dilim də açılmır. Buna
görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)
[26:14]
(Bir qibtini
öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da
var. Bunun üçün məni öldürəcəklərindən qorxuram".
[26:15]
(Allah) buyurdu:
"Xeyr! (Fir'on səni əsla öldürə bilməz!) Hər ikiniz mö'cüzələrinizlə (Fir'onun
yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə
birlikdə (Fir'on tayfasının
nə dediyini) eşidəcəyik!
[26:16]
Fir'onun yanına gedib
belə deyin: "Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!
[26:17]
İsrail
oğullarını bizimlə birlikdə (Şama) göndər!" (onlara əzab-əziyyət vermə!)
[26:18]
(Musa Harunla Fir'onun
yanına gedib bu sözləri deyəndən sonra Fir'on onu
tanıyıb) dedi: "Biz səni körpə uşaqkən yanımıza
alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?
[26:19]
Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!"