[26:20]
(Musa) dedi: "Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı).
[26:21]
Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
[26:22]
Boynuma minnət qoyduğun bu ne'mət də (məni sərbəst buraxıb) İsrail
oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz
yanına alıb böyütdüyünü
başımamı qaxırsan?)"
[26:23]
Fir'on dedi: "Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)"
[26:24]
(Musa: ) "Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!" - deyə cavab verdi.
[26:25]
(Fir'on) ətrafındakılara:
"Eşitdinizmi?" - dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab
verir).
[26:26]
(Musa) dedi: "O sizin
də, ulu babalarınızın (keçmiş
atalarınızın) da Rəbbidir!"
[26:27]
(Fir'on ətrafındakılara: )
"Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!" - dedi.
[26:28]
(Musa) dedi: "Əgər
(ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın
ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!"
[26:29]
(Fir'on: ) "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" - dedi.
[26:30]
(Musa) dedi: "Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?"
[26:31]
(Fir'on) "Əgər doğru deyirsənsə, di onu gətir!" - dedi.
[26:32]
(Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.
[26:33]
Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan)
çıxarar-çıxartmaz o, baxanlara
ağappaq göründü (parlar bir nur kəsildi).
[26:34]
(Fir'on) ətrafındakılara dedi: "Şübhəsiz ki, bu, çox
bilikli bir sehrbazdır!
[26:35]
O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)"
[26:36]
Onlar dedilər: "Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar
(yığanlar) göndər ki,
[26:37]
Bütün bilikli
(bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!"
[26:38]
Nəhayət, sehrbazlar mə'lum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı)
yığıldılar.
[26:39]
(Fir'onun xidmətçiləri tərəfindən camaata) deyildi:
"Siz də
yığılırsınızmı?