[26:40]

Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!"

[26:41]

Sehrbazlar gələn kimi Fir'ona dedilər: "Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?"

[26:42]

(Fir'on) dedi: "Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!"

[26:43]

Musa onlara dedi: "(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!"

[26:44]

Onlar iplərini və əsalarını yerə atıb: "Fir'onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!" - dedilər.

[26:45]

Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.

[26:46]

Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar.

[26:47]

Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə!

[26:48]

Musanın və Harunun Rəbbinə!"

[26:49]

(Fir'on) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!"

[26:50]

(İman gətirmiş sehrbazlar) dedilər: "Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik!

[26:51]

Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!"

[26:52]

(Sonra) Musaya belə vəhy etdik: "Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fir'onun ordusu tərəfindən) tə'qib ediləcəksiniz!"

[26:53]

Fir'on şəhərlərə (əsgər) yığanlar göndərdi.

[26:54]

(O, belə deyirdi: ) "Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!

[26:55]

Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).

[26:56]

Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!"

[26:57]

Nəhayət, Biz onları (Fir'onu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.

[26:58]

Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik.

[26:59]

(O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.

[26:60]

(Fir'on və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.