[26:61]
İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın
camaatı dedi: "(İşimiz
bitdi!) Artıq yaxalandıq!"
[26:62]
(Musa) dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"
[26:63]
Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" (Musa əsasını
dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının
soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
[26:64]
O biriləri (Fir'on əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə
topladıq).
[26:65]
Musa və onunla birlikdə olanların
hamısını xilas etdik.
[26:66]
O biriləri (Fir'on
tayfasını) isə suya qərq etdik.
[26:67]
Şübhəsiz ki, bunda (Musanın bu
hekayətində) bir ibrət vardır. Lakin onların (Fir'on tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.
[26:68]
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, töbvə edən bəndələrini bağışlayar!)
[26:69]
(Ya Rəsulum!) Onlara
İbrahimin hekayətini söylə!
[26:70]
O zaman ki, o öz
atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?"
[26:71]
Onlar: "Bütlərə ibadət edir və onlara
tapınmaqda davam edirik!"
- deyə cavab vermişdilər.
[26:72]
(İbrahim)
demişdi: "Onları çağırdığınız (dua
etdiyiniz) zaman sizi eşidirlərmi?
[26:73]
Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?"
[26:74]
Onlar: "Xeyr, ancaq
biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!"
- deyə cavab vermişdilər.
[26:75]
(İbrahim)
demişdi: "İndi nəyə ibadət etdiyinizi
görürsünüzmü?-
[26:76]
Sizin və ulu
babalarınızın?
[26:77]
Aləmlərin Rəbbi istisna olmaqla, onlar
(sizin bütləriniz) mənim düşmənimdir.
[26:78]
Məni yaradan və məni doğru yola yönəldən Odur!
[26:79]
Məni yedirdən də, içirdən də Odur!
[26:80]
Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
[26:81]
Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.
[26:82]
Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!
[26:83]
Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!