[26:184]
Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!"
[26:185]
Onlar dedilər: "Həqiqətən, sən (əməlli-başlı)
ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?)
[26:186]
Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən
yalançının birisən!
[26:187]
Əgər, doğru danışanlardansansa
(həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!"
[26:188]
(Şüeyb) dedi:
"Sizin nələr etdiyinizi Rəbbim daha
yaxşı bilir!"
[26:189]
Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar
günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı.
Həqiqətən, o, böyük
(müdhiş) bir günün əzabı idi.
[26:190]
Şübhəsiz ki, bunda (Şüeybin bu
hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
[26:191]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini
bağışlayar!)
[26:192]
Şübhəsiz ki, bu (Qur'an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
[26:193]
Onu Cəbrail (Ruhuləmin) endirdi:
[26:194]
(Günahkarları
Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);
[26:195]
?zü də açıq-aydın ərəb dilinə.
[26:196]
Həqiqətən, o (Qur'anın nazil
olacağı xəbəri, mə'nası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur.
[26:197]
Məgər İsrail övladı alimlərinin (Qur'anın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi?
[26:198]
Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bə'zisinə) nazil etsəydik;
[26:199]
Və o (Qur'anı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı
bilmir, qeyri-ərəbə tabe olmaq, onun
ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər.
[26:200]
Biz (küfrü,
inadkarlığı) günahkarların qəlbinə belə salarıq.
[26:201]
Onlar şiddətli əzabı görməyənədək (Qur'ana) inanmazlar.
[26:202]
(Əzab) onlara qəflətən, özləri də hiss etmədən gələr.
[26:203]
O zaman onlar deyərlər: "Əcaba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət veriləcəkmi?"
[26:204]
İndi (günahkarlar) əzabımızın (dünyada onlara) tezmi gəlməsini istəyirlər?
[26:205]
(Ya Rəsulum! Görürsənmi, əgər Biz onlara (kafirlərə) illərcə ne'mət (gün-güzəran) versək,
[26:206]
Sonra və'd (təhdid) olunduqları (əzab) onlara
yetişsə,