An-Naml

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[27:1]

Ta, Sin! Bu, Qur'anın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!

[27:2]

Mö'minlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir.

[27:3]

O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz aılır, zəkat verir və axirətə möhkəm inanırlar.

[27:4]

Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.

[27:5]

Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!

[27:6]

(Ya Rəsulum!) Həqiqətən, Qur'an sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy tə'lim) olunur.

[27:7]

Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: "Mən bir od gördüm, (siz burada durun) mən də gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız".

[27:8]

Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: "Alovun yanında olan (Musa) və ətrafında olanlar (mələklər və ya peyğəmbərlər) mübarək kimsələrdir (bərəkətlidirlər). Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! (Bütün eyib və nöqsanlardan kənardır!)

[27:9]

Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm!

[27:10]

Əsanı (yerə) at! (Musa əsanı yerə atdı). O, (əsanın) ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) "Ya Musa, qorxma! Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.

[27:11]

Yalnız (günah etməklə özünə) zülm eləyən (qorxmalıdır). Lakin (pislik etdikdən) sonra tövbə ilə pisliyi yaxşılığa çevirən kəs (bilsin ki, Mən beləsini) bağışlayanam, rəhm edənəm!

[27:12]

Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Fir'ona və onun tayfasına göndərilən doqquz mö'cüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmiş) fasiq bir camaatdır!"

[27:13]

Mö'cüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: "Bu, açıq-aydın bir sehrdir!" - dedilər.