[27:23]

Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verrilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır.

[27:24]

Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər.

[27:25]

Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir).

[27:26]

O böyük ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir tanrı yoxdur!"

[27:27]

(Süleyman Hüdhüdə) dedi: "Baxaq görək doğru deyirsən, yoxsa yalançısan!

[27:28]

Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!"

[27:29]

(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: "Ey ə'yanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı).

[27:30]

O məktub Süleymandandır və o "bismillahir-rəhmanır-rəhim"lədir (bismillahla başlanır).

[27:31]

(Məzmunu belədir: ) "Mənə qarşı təkəbbür göstərməyin və yanıma müt'i (müsəlman) olaraq gəlin! (Mənim də'vətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)".

[27:32]

(Bəlqis) dedi: "Ey ə'yanlar! Bu iş barəsində mənə rə'yinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!"

[27:33]

Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz, sursatımız, hərb alətlərimiz var. ?zümüz də təcrübəli, mahir döyüşçülərik). Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!"

[27:34]

(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. (Hökmdarların adəti, davranışı belədir).

[27:35]

Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar! (Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul edər).