[27:45]
Biz Səmud tayfasına - Allaha ibadət edin deyə,
qardaşları Salehi (peyğəmbər) göndərdik. (Saleh öz tayfasının yanına gələn kimi) onlar bir-biri ilə çəkişən (düşmənçilik edən) iki firqəyə (mö'minlərə və kafirlərə) ayrıldılar.
[27:46]
(Saleh) dedi: "Ey
qövmüm! Siz nə üçün
yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? (Tövbədən qabaq əzabı, mərhəmətdən öncə zülmü istəyirsiniz?) Nə üçün Allahdan
bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?"
[27:47]
Onlar dedilər: "Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. (Ayağınız bizə düşmədiyi üçüb pis günə qaldıq, cürbəcür müsibətlərə düçar olduq).
(Saleh) dedi: "Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, (itaət edib-etməyəcəyinizi bilmək üçün Allah tərəfindən) imtahan olunursunuz.
[27:48]
(Səmud tayfasının
yaşadığı Hirc adlı) şəhərdə doqquz kişi var idi
ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər.
[27:49]
Onlar öz
aralarında Allaha and içib belə dedilər: "Biz gecə ona və ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib
(hamısını) öldürəcək, sonra da onun
(qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) öldürüldüyünü
görməmişik (öldürüldüyü
yerdə olmamışıq) və biz, həqiqətən, doğru danışırıq!"
[27:50]
Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını
verdik.
[27:51]
(Ya Rəsulum!) Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik.
[27:52]
Bu, zülmləri üzündən onların
bomboş (viran) qalmış
evləridir. Həqiqətən, bunda (qüdrətimizi)
anlayıb bilən bir qövm üçün ibrət vardır!
[27:53]
İman gətirib (Allaha şərik
qoşmaqdan, Ona asi olmaqdan) qorxanları isə xilas etdik!
[27:54]
Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut)
öz tayfasına demişdi: "Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz?
(Etdiyiniz əməlin qəbahətini, günahını
başa düşə-düşə hələ də ona davam edirsiniz!)
[27:55]
Siz qadınları
qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!"