[27:56]
(Lut) tayfasının
cavabı yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Cünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!" -
deməkləri olmuşdu.
[27:57]
Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız
övrətini (əzab içində) qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən belə hökm verdik).
[27:58]
Onların üstünə (qızmar daşdan) bir yağış
yağdırdıq. (Peyğəmbərlər vaxitəsilə Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş!
[27:59]
(Ya Rəsulum!) De: "Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə! (Ey Məkkə əhli!) Allah
yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları
(bütlər)?!
[27:60]
(Bütlər yaxşıdır)
yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla
sizin üçün gözəl bağçalar
yetişdirdik. (Əgər Allahın
yaratdığı və yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklər bütlərini Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir qövmdürlər!)
[27:61]
(Bütlər yaxşıdır)
yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları bir-birinə qarışmasın deyə) iki dənizin
arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı
başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu) bilmirlər!
[27:62]
(Bütlər yaxşıdır)
yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer
üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı
başqa bir tanrımı var? Siz nə az düşünüb
danışırsınız?
[27:63]
Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri ?z rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?!
Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!