[28:60]
Sizə verilən hər hansı bir şey (dövlət, övlad, xoş güzəran) ancaq bu fani dünyanın
[28:61]
Məgər verdiyimiz gözəl bir və'də (Cənnətə) qovuşan kimsə, (əvvəlcə) fani dünya
[28:62]
(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır:
"Mənim şəriklərim olduqlarını iddia etdikləriniz (bütlər, tanrılar)
haradadırlar?!
[28:63]
Haqlarında hökm
(və'd etdiyimiz əzab) vacib
olanlar (şeytanlar və müşriklərin rəisləri) deyəcəklər: "Ey Rəbbimiz! Bunlar bizim (haqq
yoldan) azdırdığımız kimsələrdir. ?zümüz nə cür azmışdıqsa, onları da elə azdırdıq. Biz onlardan uzaqlaşıb (onlarla əlaqəmizi kəsib) Sənə tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər (yalnız öz nəfslərinə uyurdular).
[28:64]
(Müşriklərə) belə deyiləcək: "Şəriklərinizi çağırın!" (Müşriklər)
ortaqlarını çağıracaq,
lakin onlar (müşriklərə) cavab verməyəcəklər. Onlar mütləq əzabı görəcəklər. Əgər onlar (dünyada) doğru yola gəlmiş olsaydılar (axirətdə əzab görməzdilər).
[28:65]
(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır:
"Peyğəmbərlərə nə cavab verdiniz?"
[28:66]
O gün (canlarını
qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli
qalacaqdır (bütün bəhanələri kəsiləcəkdir). Onlar (qiyamətin heybətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz hayında
olacaqdır).
[28:67]
Tövbə edərək iman gətirib
yaxşı işlər görənlərə gəldikdə isə, onların nicat tapmaları mümkündür.
[28:68]
Rəbbin istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər. Onların (bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır! (Allah
eyibsizdir,
nöqsansızdır. O, hamıdan uludur!)
[28:69]
Sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin də aşkar etdiyi hər şeyi (qəlblərinin sirlərini və açıq-aşkar əməllərini) bilir.
[28:70]
Odur Allah. Ondan
başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur.
Siz Onun hüzuruna qaytarılacaqsınız!