[28:78]
(Qarun) dedi: "Bu
(var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq)
sayəsində verilmişdir.
Məgər o (Qarun) Allahın
ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar.
(Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual
edilmədən cəhənnəm oduna atılarlar).
[28:79]
(Bir gün Qarun) faxir libas
geyib ö zinəti (ehtişamı) içində (dörd min vəznəli-çuxalı ə'yanın, qızıl-gümüş
yəhərli atların müşayiətilə) qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: "Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!"
[28:80]
(Axirət barəsində) elm verilmiş kəslər isə belə dedilər: "Vay
halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbədən) daha
yaxşıdır. Buna (bu ne'mətə) yalnız səbr edənlər (Allaha itaət və ibadət etməyi fani dünya
malından üstün tutanlar, həyatın çətinliklərinə dözənlər) qovuşarlar!"
[28:81]
Nəhayət, (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu) sarayı
ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq)
bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası
Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın ?zündən başqa o əzabdan heç kəs qurtara bilməz!)
[28:82]
Dünən (dünyada) onun (Qarunun)
yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: "Vay (biz heç bilməmişik)! Sən demə, Allah ?z bəndələrindən istədiyinin ruzisini artırarmış da,
azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat
tapmayacaqlarmış!"
[28:83]
Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!
[28:84]
Hər kəs (Rəbbinin hüzuruna)
yaxşı əməllə (səmimi-qəlbdən imanla) gəlsə, ona bundan (əməlindən) daha yaxşısı verilər (Cənnətə nail olar). Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz!)