[28:85]
(Ya Rəsulum!) Qur'anı (oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın yerə (hicrət edərək çıxdığın Məkkəyə) səni yenə də qaytaracaqdır. De:
"Rəbbim hidayətlə (doğru yolu göstərən rəhbərlə) gələni də (yaxud doğru yolda olanı da), haqq yoldan
açıq-aşkar azanı da
(hamıdan) yaxşı tanıyır!"
[28:86]
Sən Qur'anın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi. Buna görə də heç vaxt kafirlərə arxa olma! (Kafirlər Peyğəmbər əleyhissəlama cürbəcür və'dlər verməklə onu öz
atalarının dininə də'vət edirdilər. O isə kafirlərin bu və'dini Allahın köməyi ilə həmişə rədd edirdi).
[28:87]
(Ya Rəsulum!) Allahın ayələri sənə nazil edildikdən sonra
ehtiyatlı ol ki, (kafirlər) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsinlər. (İnsanları) Rəbbinə (ibadətə) də'vət et və əsla müşriklərdən olma!
[28:88]
Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur.
Siz (qiyamət günü) məhz Onun hüzuruna
qaytarılacaqsınız! (Peyğəmbər əleyhissəlam üçün icrası əsla mümkün
olmayan bu şeyləri ona
qadağan etmək və tez-tez xatırlatmaq əslində müşriklərin və kafirlərin əllərini ondan üzmələri və mə'nasız təkliflərlə onu narahat etməmələri üçündür).
Al-Ankabût
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[29:1]
Əlif, Lam, Mim!
[29:2]
İnsanlar (mö'minlər) yalnız:
"İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?
(Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları
yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq
ki, hansının həqiqi,
hansının yalançı
mö'min olduğunu ayırd edib bilək!)
[29:3]
Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də),
yalançıları da çox
gözəl tanıyar!
[29:4]
Yoxsa pis əməllər edənlər əzabımızdan
sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!
[29:5]
Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın
hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi)
eşidəndir, biləndir!
[29:6]
(Allah yolunda, haqq
uğrunda) cihad edən ancaq özü
üçün cihad edər (cihadın savabı onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə) əsla möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdiklərin əməllərin savabı da,
günahı da yalnız özlərinə aiddir).