[2:246]
(Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail
övladının başına gələnləri
görmədinmi? Onlar
öz peyğəmbərinə: "Bizə bir hökmdar
göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla)
vuruşaq!" - dedilər. O da (onlara): "Sizə vuruşma əmri olduqda, bəlkə,
vuruşmadınız?"
- söylədi. Onlar cavabında dedilər: "Allah yolunda nə üçün vuruşmayaq ki,
yurdumuzdan çıxarıldıq, övladlarımızdan
ayrıldıq". Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!
[2:247]
(İsrail
övladının) peyğəmbəri onlara dedi:
"Allah Talutu sizə padşah göndərdi". Onlar isə: "Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?" - deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi:
"Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah ?z mülkünü (səltənətini) istədiyinə verər. Allah (?z
lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!"
[2:248]
(İsrail
övladının) peyğəmbəri onlara dedi:
"(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mə'nəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bə'zi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək.
Əgər siz mö'minsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbiq edən) qəti dəlil vardır".