[30:42]
(Ya Rəsulum! Məkkə əhlinə) de: "Yer üzünü gəzib-dolaşın və (sizdən) əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi.
[30:43]
(Ya Rəsulum!) Allah tərəfindən
qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən əvvəl üzünü düzgün dinə (islama
doğru) çevir. O gün insanlar
(haqq-hesab çəkildikdən sonra) bölük-bölük (iki dəstə) olarlar. (Mö'minlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər).
[30:44]
Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə atılar). Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki,
[30:45]
(Allah) iman gətirib saleh əməl edənlərə ?z lütfündən (?z kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah)
kafirləri sevməz!
[30:46]
Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə ?z mərhəmətindən daddırması
(yağış verməsi), əmri ilə gəmilərin üzməsi, ne'mətindən ruzi axtarmanız Onun
qüdrət əlamətlərindəndir. Bəlkə, (Allahın ne'mətlərinə) şükür edəsiniz!
[30:47]
(Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər göndərmişdik.
(Peyğəmbərlər) onlara
açıq-aşkar mö'cüzələr gətirmişdilər. Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Mö'minlərə kömək etmək Bizə vacibdir! (Biz ?z və'dimizə əməl edərək mö'minlərə yardım etməliyik!)
[30:48]
Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır.
Artıq buludların arasından yağış
çıxdığını görürsən. Onu
(yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.
[30:49]
Hərçənd ki üstlərinə (yağış) endirilməzdən (yağış
yağmamışdan) əvvəl (ondan) ümidlərini üzmüşdülər.
[30:50]
(Ya Rəsulum!) Sən Allahın rəhmətinin
(yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O,
ölüləri dirildəndir. O (Allah) hər şeyə qadirdir!