[31:12]
Həqiqətən, Loğmana: "Allaha
şükür et!" (deyə) hikmət verdik. Kim (Allahın ne'mətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac
deyildir, (özlüyündə) şükürə (tə'rifə) layiqdir! (Onun bütün
işləri bəyəniləndir!)
[31:13]
(Ya Rəsulum!) Yadında olsun
ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq
böyük zülmdür! (Ağır günahdır!)"
[31:14]
Biz insana ata-anasına
(yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:
) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!
[31:15]
Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!"
[31:16]
(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum,
(dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi
ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun
haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!
[31:17]
Oğlum! Namaz qıl,
(insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!
[31:18]
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir
özündən razını,
lovğalanıb fəxr edəni sevməz!
[31:19]
Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Cünki ən çirkin səs uzunqulaq səsidir!