[33:65]
Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər.
[33:66]
Uzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müt'i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.
[33:67]
Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq
yoldan azdırdılar.
[33:68]
Ey Rəbbimiz! Onlara ikiqat əzab ver,
onları böyük bir lə'nətə (əzaba) düçar elə!"
[33:69]
Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah
yanında çox hörmətli (qədir-qiymətli) idi.
[33:70]
Ey iman gətirənlər! Allahdan qorxun və doğru
söz söyləyin!
[33:71]
(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı
bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.
[33:72]
Biz əmanəti (Allaha itaət və ibadəti, şər'i hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar
ona yüklənməkdən (götürüb özləri ilə
daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox
cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi).
[33:73]
Allah münafiq kişiləri və qadınları,
müşrik kişiləri və qadınları əzaba
uğratsın, mö'min
kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına
tapşırdı). Allah (mö'minləri) bağışlayandır, rəhm edəndir!