[34:40]
O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra
da mələklərə belə deyəcək: "Bunlar sizəmi ibadət edirdilər?"
[34:41]
(Mələklər: ) "Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz
onlar deyil, Sənsən! Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi",
- deyə cavab verəcəklər.
[34:42]
Bu gün bir-birinizə nə bir xeyir (fayda) nə də bir zərər verə bilərsiniz. Zalımlara da: "Dadın (dünyada) yalan hesab
etdiyiniz cəhənnəm odunun əzabını!" - deyəcəyik.
[34:43]
Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: "Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!" deyər, (Qur'an haqında isə: ) "Bu, uydurma yalandan
başqa bir şey deyildir!" söyləyərlər. Kafir olanlara haqq
(Qur'an) gəldikdə onun barəsində: "Bu yalnız
açıq-aşkar bir sehrdir!" - deyərlər.
[34:44]
Halbuki (Ya Rəsulum!) Biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl də özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərməmişdik.
[34:45]
Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib
etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda
birinə belə nail olmamışlar.
Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. (Ya Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar etdikləri üçün Mən də o kafirləri inkar edib
onlara olan ne'mətimi nifrətlə əvəz etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə bir ibrət dərsi olmalıdır!)
[34:46]
(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin
yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir
divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!"
[34:47]
De: "Mən (bunun müqabilində) sizdən heç bir muzd
(mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə
şahiddir!"
[34:48]
De: "Rəbbim haqqı (vəhyi və risaləti ?z peyğəmbərlərinə) nazil edər. O, qeybi ən yaxşı biləndir!"