[34:49]

De: "Haqq (islam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir şey çıxarar), nə də geri qayıdar!" (Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki o özlüyündə puçdur!)

[34:50]

De: "Əgər mən (haqq yoldan) azsam, bunun zərəri (günahı) ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi (Qur'an) sayəsindədir. Həqiqətən, O (kimin nə dediyini) eşidəndir, (dua edən bəndələrinə) yaxındır.

[34:51]

(Ya Peyğəmbər!) Sən onları (müşrikləri) bir qorxduqları zaman görəydin! (Nə qəribə mənzərə!) Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri də (Cəhənnəmə) yaxın bir yerdə (qəbir evində, yaxud Bədr vuruşunda) yaxalanmışlar.

[34:52]

Onlar: "Ona (Qur'ana və ya Muhəmməd əleyhissəlama) inandıq!" - deyirlər. Amma (axirət kimi) uzaq bir yerdən əlləri (imana, tövbəyə) necə çata bilər?! (Axirət aləminə getdikdən sonra heç kəsin əli imana, tövbəyə yetişməz, çünki axirətdən qayıdıb bir də dünyaya gəlmək mümkün deyildir. İman və tövbə yeri yalnız yaşadığınız dünyadır!)

[34:53]

Halbuki onlar bundan əvvəl onu (Allah kəlamını, yaxud Peyğəmbəri) inkar etmişdilər və uzaq bir yerdən qeybə (qaranlığa daş) atırdılar (qeybə dair bilmədikləri şeylər barəsində danışırdılar).

[34:54]

Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir. (Bir də dünyaya qayıdıb tövbə və iman sahibləri olmaları qeyri-mümkündür). Daha öncə özlərinə bənzər kəslər (kafirlər) barəsində də belə edilmişdir. Cünki onlar da (axirət əzabı barəsində) dərin bir şəkk içində idilər.

 

Fâtir

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[35:1]

Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!

[35:2]

Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi ne'mətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də ?zündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[35:3]

Ey insanlar! Allahın sizə olan ne'mətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?