[35:12]
İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat
keçən), digərininki isə həddindən artıq
şor və acıdır.
Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər
çıxardırsınız. Onun (Allahın) lütfündən (ne'mətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara
üzdüyünü görürsən. (Bütün bunlara
görə), bəlkə, (Allaha) şükür edəsiniz.
[35:13]
(Allah) gecəni gündüzə, güzdüzü də gecəyə
[35:14]
Əgər siz onları
çağırsanız (dua etsəniz), onlar sizin
çağırışınızı
eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq
qabiliyyəti verməmişdir). ?zləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu
(onlara büt kimi ibadət etdiyinizi)
danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!
[35:15]
Ey insanlar! Siz Allaha
möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə'rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
[35:16]
Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər.
[35:17]
Bu, Allah üçün çətin deyildir!
[35:18]
Heç bir günahkar
başqasının günahını daşımaz. Günah yükü
ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan
adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey
daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını)
görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında)
namaz qılanları qorxudub xəbərdar edirsən. Her kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır
dönüş ancaq Allahadır!