[2:260]
(Ya Rəsulum!) Xatırla ki,
İbrahim: "Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!" - dedikdə (Allah) : "Məgər (ölüləri diriltməyimə) inanmırsan?" -buyurmuşdu. (İbrahim: ) "Bəli, inanıram, lakin ürəyim
sakit (xatircəm) olmaq üçün (soruşdum)",
- deyə cavab vermişdi. (Bu zaman Allah ona)
buyurmuşdu: "Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları
parçalayaraq bir-birinə qatandan) sonra hər dağın
başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!"
[2:261]
Mallarını Allah
yolunda sərf edənlərin halı yeddi sünbül
verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir.
[2:262]
Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların
(axirətdə) heç bir
qorxusu yoxdur və onlar qəm-qüssə
görməzlər.
[2:263]
Xoş
bir söz və günahları
bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha
yaxşıdır. Allah
ehtiyacsızdır, həlimdir!
[2:264]
Ey iman gətirənlər! Sədəqələrinizi malını
riyakarlıqla (özünü xalqa göstərmək
üçün) sərf edən, Allaha və
axirət gününə inanmayan şəxs
kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir
yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə
qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna
yönəltməz!