[35:45]
Əgər Allah insanları
etdikləri günahlara görə cəzalandırsaydı, (Yer)
üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah
onları (onların cəzasını)
müəyyən
bir vaxta (qiyamət gününə)
qədər
gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin
müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək
hərəyə öz əməli
müqabilində cəza, yaxud mükafat verər). Cünki Allah öz bəndələrini görəndir!
Yâ-Sîn
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[36:1]
Ya, Sin!
[36:2]
(Ya Rəsulum!) Hikmətlə dolu Qur'ana and olsun ki,
[36:3]
Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan)
peyğəmbərlərdənsən!
[36:4]
Düz yoldasan! (Doğru yol üzrə göndərilən
peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu
tutub gedən haqqa yetişər).
[36:5]
Bu Qur'an (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki,
[36:6]
(Onunla Cahiliyyət dövründə) ataları
(Allahın əzabı ilə) qorxudulmamış və (Allahın
hökmlərindən, imandan, tövhiddən)
qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!
[36:7]
And
olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur,
çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini ?z əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit
etmişik).
[36:8]
Biz
onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı
qalxmış, gözləri aşağı
dikilmişdir.
(Kafirlərin əlləri zəncirlə boyunlarına
bağlandığı üçün
başlarını yuxarı qaldırmağa, gözlərini də
aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).
[36:9]
Biz
onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən
əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor
edilmiş, bütün iman yolları üzlərinə
bağlanmışdır. Onlar zahirən
görsələr də,
mə'nən
kordurlar).
[36:10]
(Ya
Peyğəmbər!) Sən onları qorxutsan da, qorxutmasan da, onlar çün birdir: iman gətirməzlər!
[36:11]
Sən ancaq Qur'ana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!
[36:12]
Həqiqətən, ölüləri dirildən, onların
(dünyada) nə etmiş
olduqlarını və qoyub getdiklərini yazan Bizik.
Biz hər şeyi
hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda)
təsbit etmişik.