[36:41]

?vladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün (qüdrətimizə) bir dəlildir.

[36:42]

Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq.

[36:43]

Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.

[36:44]

Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb keçinmələri üçün (onları xilas edərik).

[36:45]

Onlara (müşriklərə): "?nünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!" - deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq asmazlar).

[36:46]

Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!

[36:47]

Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!" - deyildiyi zaman, kafirlər mö'minlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!" - deyərlər. Siz (bu e'tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.

[36:48]

Onlar: "Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu və'd (qiyamət günü) nə vaxt yerinə yetəcək?" - deyərlər.

[36:49]

Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.

[36:50]

Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!

[36:51]

Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sür'ətlə Rəbbinin hüzuruna axışacaqlar.

[36:52]

Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək: ) "Bu, Rəhmanın məxluqata buyurduğu və'ddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!"

[36:53]

Yalnız bir dəətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.

[36:54]

Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!