[36:55]
Cənnət əhli bu gün keflə (əyləncə ilə) məşğuldur.
[36:56]
Onlar (mö'min
kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara
söykənmişlər.
[36:57]
Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.
[36:58]
Rəhmli Rəbbdən (onlara) "salam" deyiləcəkdir.
[36:59]
(Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək: ) "Ey günahkarlar! Bu gün (mö'minlərdən) ayrılın!"
[36:60]
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki,
Şeytana ibadət etməyin, o sizin
açıq-aşkar düşməninizdir,
[36:61]
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
[36:62]
Həqiqətən, (Şeytan) içərinizdən
çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?
[36:63]
Bu sizə və'd olunan Cəhənnəmdir!
[36:64]
Kafir olduğunuza
görə bu gün girin ora,
yanın!
[36:65]
Bu gün (Allaha and olsun
ki, biz müşrik, kafir deyildik - dediklərinə görə) onların
ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə
danışar, ayaqları isə şəhadət verər.
[36:66]
Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları
zahiri gözdən də məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda
bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura
vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları
dünyada belə bir korluğa mübtəla etmədik. Onlar
Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).
[36:67]
Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna,
donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).
[36:68]
Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar,
gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar,
özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?
[36:69]
Biz ona (Muhəmməd əleyhissəlama) şe'r
öyrətmədik və bu ona heç yaraşmaz da
(lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar
Qur'andır ki,
[36:70]
Onunla diri olanları
(ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü)
kafirlər barəsində gerçək olsun.