As-Sâffât
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[37:1]
And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);
[37:2]
(Buludları) qovduqca qovanlara
(yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara
günah işlər görməyi qadağan edənlərə)
[37:3]
Və Qur'an oxuyanlara!
[37:4]
Həqiqətən, sizin Allahınız
birdir!
[37:5]
O, göylərin, yerin və onların
arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin - günəşin,
ayın və ulduzların doğub
batdığı yerlərin) də Rəbbi Odur.
[37:6]
Biz (sizə) ən yaxın olan göy
üzünü (dünya səmasını) ulduzlarla
bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını
özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki
başınızın üstündə
görürsünüz).
[37:7]
(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.
[37:8]
Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.
[37:9]
(Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir!
[37:10]
Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri)
çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir mə'şəl) tə'qib edər.
[37:11]
İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları
yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz
onları (insanların babası Adəmi) yapışqan (kimi)
bir palçıqdan yaratdıq.
[37:12]
Bəli, sən onlara (müşriklərin Allahın
qüdrət əlamətlərini gördükləri halda qiyamətə
inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.
[37:13]
Onlara (Qur'anla
Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.
[37:14]
Bir mö'cüzə gördükdə isə ona istehza edərlər.
[37:15]
Və belə deyərlər: "Bu ancaq açıq-aşkar bir sehrdir.
[37:16]
Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
[37:17]
Eləcə də (bizdən) əvvəlki atalarımız
(dirildiləcəklərmi)?!"
[37:18]
(Ya Peyğəmbər!) De: "Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).
[37:19]
O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci
dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.
[37:20]
Və deyəcəklər: "Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!"
[37:21]
(Mələklər isə onlara belə deyəcəklər): "Bu (dünyada) yalan
hesab etdiyiniz (haqq ilə batili,
mö'minlə kafiri) ayırd etmə günüdür!"
[37:22]
(Allah mələklərə belə buyuracaqdır: )
"Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını
və ibadət etdiklərini -
[37:23]
Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!
[37:24]
Onları tutub
saxlayın, çünki sorğu-sual olunacaqlar!"