[37:25]
(Mələklər istehza ilə onlara deyəcəklər: ) "Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?"
[37:26]
Bəli, onlar bu gün
(Allahın əmrinə) təslim olmuşlar!
[37:27]
Onların bir qismi
(tabe olanlar) digəri (öz
başçıları) ilə çənə-boğaz olmağa başlayacaq.
[37:28]
(Tabe olanlar öz
başçılarına) deyəcəklər: "Siz bizim yanımıza (özünüzün haqlı
olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)".
[37:29]
(Başçıları)
deyəcəklər: "Xeyr, siz
(Allahın vəhdaniyyətinə)
inanmırdınız.
[37:30]
Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr,
siz (özünüz) azğın (günah
etməkdə həddi aşmış) bir
qövm idiniz.
[37:31]
Buna görə də Rəbbimizin sözü (əzab və'dəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq!
[37:32]
Biz sizi yoldan
çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!"
[37:33]
O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar.
[37:34]
Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.
[37:35]
Onlara: "Allahdan
başqa heç bir tanrı yoxdur!" - deyildiyi zaman təkəbbür göstərirdilər.
[37:36]
Və: Biz heç divanə bir şairdən ötrü
tanrılarımızı tərk edərikmi?!" - deyirdilər.
[37:37]
Xeyr, o, haqla (Qur'anla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi.
[37:38]
Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız!
[37:39]
Siz ancaq etdiyiniz əməllərin cəzasını
alacaqsınız.
[37:40]
Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir).
[37:41]
Məhz onlar üçün mə'lum bir ruzi vardır.
[37:42]
(Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar -
[37:43]
Nəim cənnətlərində.
[37:44]
Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.
[37:45]
Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi axan) məin (şərab) dolu piyalələr
dolandırılacaqdır.
[37:46]
Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin).
[37:47]
Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran
(başağrısı, süstlük
verən) heç bir şey
yoxdur. Onlar ondan məst də olmazlar.
[37:48]
Onların yanında
gözəl (irigözlü),
baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır.
[37:49]
Onlar, sanki örtülü
(bağlı, heç bir əl dəyməmiş,
qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).
[37:50]
Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala
(söz-söhbətə) başlayacaqlar.
[37:51]
Onlardan biri belə deyəcək: "Mənim bir yoldaşım var idi.