[37:52]

O deyirdi: "Sən, doğrudan da, inanmırsan ki,

[37:53]

Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?"

[37:54]

(Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: "Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?" (Onlar: "Xeyr", - deyə cavab verəcəklər).

[37:55]

O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək

[37:56]

Və (ona üz tutub) deyəcəkdir: "Allaha and olsun ki, sən az qala məni (yoldan çıxardıb) məhv edəcəkdin!

[37:57]

Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!

[37:58]

Biz artıq ölməyəcəyik, elə deyilmi?

[37:59]

(Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzad da görməyəcəyik!"

[37:60]

Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur)!

[37:61]

Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!

[37:62]

(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?

[37:63]

Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik.

[37:64]

O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar.

[37:65]

Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir).

[37:66]

Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.

[37:67]

Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.

[37:68]

Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!

[37:69]

Cünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər.

[37:70]

Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.

[37:71]

Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) əksəriyyəti (haqq yoldan) azmışdı.

[37:72]

And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik.

[37:73]

(Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə oldu!

[37:74]

Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi).

[37:75]

Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!

[37:76]

Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq.