[37:77]
Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik.
[37:78]
Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
[37:79]
(Onu belə yad edirlər: ) "Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!"
[37:80]
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
[37:81]
Şübhəsiz ki, o Bizim mö'min
bəndələrimizdən idi!
[37:82]
Sonra
başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq.
[37:83]
Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi.
[37:84]
O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.
[37:85]
Həmin vaxt o, atasına və tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz?
[37:86]
Allahı qoyub
yalançı tanrılarımı istəyirsiniz?
[37:87]
Aləmlərin Rəbbi barəsində zənniniz nədir?" (Onun ruzisini yeyib bütlərə
tapınırsınız? Məgər bunun cəzasını
çəkməyəcəksiniz?!)
[37:88]
(İbrahim) ulduzlara
bir nəzər saldı.
[37:89]
Və (ətrafındakıları
özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: "Mən xəstəyəm!"
[37:90]
(İbrahimin
yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər.
[37:91]
(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: "Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?
[37:92]
Sizə nə olub ki,
danışmırsınız?"
[37:93]
Sonra bütlərin üstünə yüyürüb sağ
əli ilə onlara möhkəm bir zərbə endirdi.
[37:94]
(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına
gəldi.
[37:95]
(İbrahim onlara) dedi:
"Siz özünüz yonub düzəltdiyiniz
şeylərəmi ibadət edirsiniz?
[37:96]
Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!"
[37:97]
Onlar dedilər: "Bunun (İbrahim)
üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!"
[37:98]
Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
[37:99]
(İbrahim oddan xilas
olduqdan sonra) dedi: "Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!"
[37:100]
(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib)
dedi: "Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!"
[37:101]
Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.
[37:102]
O, yüyürüb qaçmaq
(atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi:
"Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu
barədə) nə fikirləşirsən!" O dedi:
"Atacan! Sənə nə əmr olunursa, onu da et.
İnşallah, mənim səbirlilərdən olduğumu
görəcəksən!"