[37:127]
Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər.
[37:128]
Yalnız Allahın
müxlis bəndələrindən başqa!
[37:129]
Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
[37:130]
(Onu belə yad edirlər: ) "İlyasinə (İlyasa)
salam olsun!"
[37:131]
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə
mükafatlandırırıq!
[37:132]
Şübhəsiz ki, o Bizim mö'min
bəndələrimizdən idi!
[37:133]
Həqiqətən, Lut da peyğəmbərlərdəndir!
[37:134]
(Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik.
[37:135]
Yalnız əzab içində qalanlar
arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!
[37:136]
Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.
[37:137]
Siz (Şama getdiyiniz
zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;
[37:138]
Eləcə də axşam vaxtı. Məgər bir
düşünüb-daşınmırsınız?
[37:139]
Həqiqətən, Yunis də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
[37:140]
(Ya Peyğəmbər!) Yadına sal ki, bir
zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı.
[37:141]
(Gəmidə olanlar) püşk
atmış və (püşk ona düşdüyü
üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis
gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: "Yəqin ki, içərimizdə ağasından qaçmış
kölə vardır", - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə
düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu).
[37:142]
(Yunis Allahın izni
olmadan qövmünü tərk edib getdiyinə görə) özünü
qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu.
[37:143]
Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan)
olmasaydı,
[37:144]
Yəqin ki,
balığın qarnında qiyamət gününə qədər qalardı.
[37:145]
Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.
[37:146]
Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik.
[37:147]
Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.
[37:148]
Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.
[37:149]
(Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: "Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların
özlərinindir, eləmi?"
[37:150]
Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!
[37:151]
Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:
[37:152]
Allah övlad törətmişdir (mələklər Onun
qızlarıdır). Onlar, həqiqətən, yalançıdırlar!
[37:153]
Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur?!