[37:154]
Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?
[37:155]
Heç düşünürsünüz?!
[37:156]
Yoxsa sizin
açıq-aşkar bir dəliliniz
vardır?!
[37:157]
Əgər doğru
danışırsınızsa, kitabınızı gətirin!
[37:158]
(Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü
deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.
[37:159]
Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır!
[37:160]
Allahın müslis
(mö'min) bəndələri isə istisnadır.
[37:161]
(Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz
[37:162]
Heç kəsi tovlayıb yoldan
çıxara bilməzsiniz;
[37:163]
Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!
[37:164]
(Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi: ) "Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!
[37:165]
Həqiqətən, biz səf-səf dururuq.
[37:166]
Və (Allahı) təqdis edib şə'ninə tə'riflər deyirik.
[37:167]
(Məkkə müşrikləri) tə'kidlə belə deyirdilər:
[37:168]
Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi,
[37:169]
Biz də mütləq Allahın müxlis bəndələri olardıq! "
[37:170]
Amma onu (Qur'anı)
inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
[37:171]
And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi:
[37:172]
Onlar mütləq qalib gələcəklər.
[37:173]
Bizim əsgərlərimiz (mö'minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar! "
[37:174]
(Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir!
[37:175]
Və (kənardan) onlara bax! Onlar
mütləq (küfrlərinin aqibətini) görəcəklər!
[37:176]
Onlar əzabımızın
tezliklə gəlməsini istəyirlər?
[37:177]
(O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının
üstünü aldıqda)
qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq!
[37:178]
(Ya Peyğəmbər!) Sən onlardan bir müddət üz çevir!
[37:179]
Və (kənardan) onlara bax! Onlar
mütləq (küfrlərinin aqibətini) görəcəklər!
[37:180]
Sənin Rəbbin - yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
[37:181]
Peyğəmbərlərə salam olsun!
[37:182]
Aləmlərin Rəbbi olan Allaha həmd olsun!