[38:62]
(Azğınlar, Allaha
asi olanlar bir-birinə) deyəcəklər: "(Dünyada) pis
adamlar saydığımız kəsləri (yoxsul mö'minləri) niyə burda
görmürük?
[38:63]
Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar
(burada olduqları halda) gözə dəymirlər?!"
[38:64]
Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) bir həqiqətdir!
[38:65]
(Ya Rəsulum!) De: "Mən yalnız (sizi Allahın
əzabı ilə) qorxudan bir peyğəmbərəm. Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur!
[38:66]
O, göylərin, yerin və onların
arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox
bağışlayandır.
[38:67]
De: "O (Qur'an Allah dərgahından nazil olan) çox böyük xəbərdir!
[38:68]
Siz isə ondan üz döndərirsiniz!
[38:69]
(Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi.
[38:70]
(Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir
peyğəmbər olduğum üçün
bir vəhy olunur!"
[38:71]
(Ya Peyğəmbər!) Xatırla ki, o zaman
sənin Rəbbin mələklərə belə demişdi:
"Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
[38:72]
Mən onu tamamlayıb (insan
şəklinə salıb) ?z ruhumdan
(?zümün yaratdığı ruhdan)
üfürən (can verən) kimi ona
(hörmət əlaməti olaraq) səcdə edin!"
[38:73]
Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
[38:74]
Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
[38:75]
(Allah) buyurdu: "Ey
İblis! Sənə mənim ?z əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa
özünü yuxarı tutdun?"
[38:76]
(İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Cünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"
[38:77]
(Allah) buyurdu:
"Cıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
[38:78]
Qiyamət gününə qədər Mənim lə'nətim sənin üstündən əskik olmasın!"
[38:79]
(İblis) dedi: "Ey
Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!"
[38:80]
(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən,
[38:81]
(Dərgahımda)
vaxtı mə'lum olan günə (qiyamətə) qədər!"
[38:82]
(İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının)
hamısını (haqq yoldan) azdıracağam;
[38:83]
Yalnız Sənin sadiq bəndələrindən başqa!