[39:11]
De: "Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!
[39:12]
Mənə (bu ümmətdən) ilk müsəlman olmaq
buyurulmuşdur!"
[39:13]
De: "Əgər Rəbbimə asi olsam. . , doğrusu,
böyük günün (müdhiş günün, qiyamətin) əzabından qorxuram!"
[39:14]
De: "Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) tapınıram!
[39:15]
Siz də Ondan başqa istədiyinizə ibadət edin!" De: "Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax,
açıq-aşkar ziyan budur!"
[39:16]
Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır.
Allah ?z bəndələrini bununla (bu əzabla) qorxudur.
Ey bəndələrim! Məndən qorxun!
[39:17]
Tağuta (Şeytana,
bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver!
[39:18]
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar
Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!
[39:19]
(Ya Peyğəmbər!) Məgər sən haqqında (lövhi-məhfuzda) əzab sözü
(hökmü) vacib olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!
[39:20]
Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş
otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın və'didir. Allah və'də xilaf çıxmaz!
[39:21]
(Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını,
onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla
növbənöv əkin yetişdirdiyini
görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!