[39:41]
(Ya Peyğəmbər!) Biz Kitabı
(Qur'anı) insanlar üçün sənə haqq olaraq nazil etdik.
Kim doğru yolda olsa, özü üçün (öz xeyrinə) olar. Kim (haqq yoldan) çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyirsən!
[39:42]
Allah (əcəli çatan kimsələrin) canlarını
(ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların)
canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). ?lümünə hökm olunmuş kimsələrin canlarını
(ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir
olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!
[39:43]
Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: "Onlar heç
bir şeyə malik olmadıqları
və heç bir şey
qanmadıqları halda (şəfaətmi edəcəklər)?!"
[39:44]
De: "Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü Onun əlindədir. Sonra siz (qiyamət günü) Onun hüzuruna
qaytarılacaqsınız!"
[39:45]
Allah tək olaraq anıldığı (la ilahə illallah deyildiyi) zaman axirətə
inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları
(bütlər, tanrılar) yad
edildiyi zaman isə onları dərhal sevinc bürüyər.
[39:46]
De: "Ey göyləri və yeri yoxdan yaradan, ey
gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!"
[39:47]
Yer üzündə nə (sərvət) varsa, hamısı,
üstəlik bir o qədər də kafirlərin olmuş
olsaydı, mütləq onun qiyamət gününün pis əzabından
qurtarmaq üçün fidyə verərdilər (lakin onlardan fidyə qəbul olunmaz). Və (o zaman) Allahdan onlara
güman etmədikləri (gözləmədikləri əzab) görünəcəkdir.