[39:48]
Onlara (dünyada) etdikləri pis əməllərin cəzası (pis nəticəsi) görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!
[39:49]
İnsana
bir zərər toxunduğu
(sıxıntı üz verdiyi) zaman
Bizə dua edər. Sonra dərgahımızdan ona bir ne'mət ə'ta etdikdə: "Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!"
- deyər. Xeyr, bu bir imtahandır, lakin onların
(insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!
[39:50]
Şübhəsiz ki, bu sözü onlardan
(Məkkə müşriklərindən) əvvəlkilər (keçmiş ümmətlər) də demişdilər. Lakin qazandıqları (dünya
[39:51]
Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular.
Bunların (Məkkə müşriklərinin) zülm edənləri də qazandıqları günahların cəzasına düçar
olacaqlar. Onlar (Allahı) aciz buraxan deyillər (qaçıb canlarını əzabımızdan
qurtara bilməzlər).
[39:52]
Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini
artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!
[39:53]
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah
törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın.
Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O
bağışlayandır, rəhm edəndir!
[39:54]
(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!
[39:55]
Qəfil əzab özünüz də bilmədən
başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qur'ana) tabe
olun!
[39:56]
(Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma!
Həqiqətən, mən (Allahın hökmlərinə, Qur'ana, Peyğəmbərə və mö'minlərə) istehza edirdim!" - deməsin.