[39:57]
Yaxud: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!" -
söyləməsin.
[39:58]
Və ya əzabı gördüyü zaman: "Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!" - deməsin!
[39:59]
(Onun bu sözlərinin cavabında Allah belə buyurar: ) "Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan
saydın, (iman gətirməyə) təkəbbür göstərdin və kafirlərdən olsun!"
[39:60]
(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)
[39:61]
Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik
(cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər.
[39:62]
Allah hər şeyin
xaliqidir. O, hər şeyə vəkildir!
[39:63]
Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər - məhz onlar ziyana
uğrayanlardır!
[39:64]
De: "Ey cahillər! (Bütün bunlardan sonra) mənə Allahdan
başqasınamı ibadət etməyi əmr edirsiniz?"
[39:65]
(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər (Allaha) şərik qoşsan,
bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!
[39:66]
Xeyr, yalnız Allaha
ibadət et və (Onun ne'mətlərinə) şükür edənlərdən ol!"
[39:67]
(Müşriklər) Allahı
lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq,
göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq
Allahın əlindədir, bütün kainat Allahın
qüdrətinə tabedir). (Allah
müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!