[39:75]
(Ya
Peyğəmbər!) Mələkləri də
ərşi (hər tərəfdən)
əhatə
edərək Rəbbini həmd-səna ilə təqdis edən
görəcəksən.
Onların (bütün məxluqatın)
arasında ədalətlə hökm olunacaq (mö'minlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və (mələklərlə mö'minlər tərəfindən bir ağızdan):
"Aləmlərin Rəbbi olan Allaha həmd olsun!" - deyiləcəkdir!
Ghâfir
Mərhəmətli, rəhmli
Allahın adı ilə!
[40:1]
Ha, Mim!
[40:2]
Kitabın (Qur'anın)
nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır-
[40:3]
Günahları
bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan
(Allahdandır)! Ondan başqa heç bir tanrı
yoxdur. Axır dönüş də Onadır!
[40:4]
Allahın
ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya
Peyğəmbər!) Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları
(ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal içində yaşamaları) səni
aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)
[40:5]
Onlardan əvvəl Nuh qövmü,
sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və
başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də
Mən onları əzabla yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim cəzam necə oldu!
[40:6]
Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə gerçəkləşdi!
[40:7]
Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və mö'minlərin bağışlanmasını diləyərək belə deyirlər: "Ey Rəbbimiz! Sənin
rəhmin və elmin hər
şeyi ehtiva etmişdir.
Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!