[2:275]
Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi
qalxarlar. Bunların belə olmaları:
"Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah
alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir.
İndi hər kəs Rəbbi tərəfindən
gələn
nəsihəti
qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə
aldığı (sələmlər)
onundur (ona bağışlanar). Onun işi
Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar
cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
[2:276]
Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!
[2:277]
İman
gətirən, xeyirli işlər görən, namaz
qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[2:278]
Ey mö'minlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub
sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)
[2:279]
Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!
[2:280]
Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha
yaxşıdır!
[2:281]
Allaha tərəf
qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm
olunmayacaqdır!