[40:26]

Fir'on dedi: "Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə) çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram".

[40:27]

Musa dedi: "Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!"

[40:28]

Fir'on ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: "Məgər siz bir adamı: "Rəbbim Allahdır!" - deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar mö'cüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.

[40:29]

Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə (Misir torpağında İsrail oğullarına) qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!" Fir'on dedi: "Mən sizə ancaq münasib gördüyüm rə'yimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm (Musanı öldürməkdən başqa ayrı çarə yoxdur)!"

[40:30]

O mö'min adam dedi: "Ey qövmüm! Mən sizə (kafir) firqələrə gəlmiş olan bir günün gəlməsindən qorxuram!

[40:31]

Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin cəzası kimi bir cəza verilməsindən (ehtiyat edirəm). Allah ?z bəndələrinə əsla zülm etmək istəməz! (Allah ?z qullarına onlar günah etmədən cəza verməz, günahı olanları da cəzasız buraxmaz!)

[40:32]

Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qorxuram!

[40:33]

(Qorxudan) üz çevirib qaçacağınız gün sizi Allahdan (Allahın əzabından) qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!"