[41:30]
Şübhəsiz: "Rəbbimiz Allahdır!"
- deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə və'd olunan Cənnətlə sevinin!
[41:31]
Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey
vardır.
[41:32]
Bağışlayandan,
rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!"
[41:33]
(Xalqı) Allaha tərəf çağıran,
yaxşı iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola
bilər?!
[41:34]
Yaxşılıqla
pislik eyni ola bilməz! (Ey
mö'min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya
bağışlanmaqla cavab
ver!) Belə olduqda aranızda
düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!
[41:35]
Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız
böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!
[41:36]
Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi)
eşidəndir, biləndir!
[41:37]
Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha
səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)!
[41:38]
Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki, bunun zərəri Allaha deyil, ancaq
özlərinədir). Cünki (Ya Rəsulum!) Sənin Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan
Onu təqdis edib şə'ninə tə'riflər deyərlər.