Ash-shûrâ
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[42:1]
Ha, Mim!
[42:2]
Eyn, Sin, Qaf!
[42:3]
(Ya Rəsulum!) Yenilməz qüvvət, hikmət sahibi olan
Allah sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy edir!
[42:4]
Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur!
[42:5]
Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb
dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını
diləyərlər. Bilin ki, Allah, həqiqətən,
bağışlayandır, rəhm edəndir!
[42:6]
(Ya Peyğəmbər!) Allahdan
başqasını dost tutanlar üzərində Allah ?zü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız risaləti, Allahın hökmlərini təbliğ etməkdir!)
[42:7]
(Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə
qorxutmağın üçün beləcə sənə ərəbcə Qur'an vəhy etdik. (Axirətdə insanların) bir qismi
(mö'minlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!
[42:8]
Əgər Allah diləsəydi, onların
hamısını (eyni dində olan) vahid bir
ümmət edərdi. Amma Allah istədiyini (haqq dinə gətirməklə) ?z mərhəmətinə qovuşdurar.
Zalımların isə nə bir dostu olar, nə də bir imdada yetəni!
[42:9]
Yoxsa onlar (müşriklər) özlərinə Allahdan başqa hamilər götürdülər. İxtiyar
sahibi ancaq Odur. ?lüləri O dirildir. Hər şeyə O qadirdir!
[42:10]
Siz nəyin barəsində ixtilaf etsəniz, onun
hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən (bütün işlərimdə) ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram! (Ona
tövbə edirəm!)