[42:16]
Allahın də'vəti qəbul olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim
kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim
peyğəmbərimiz sizinkindən daha əfzəldir deyə) mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir.
Onlar (axirətdə) qəzəbə və şiddətli əzaba düçar olacaqlar!
[42:17]
Kitabı və mizan-tərəzini (insanlar arasında ədalət tərəzisi olan şəriəti) haqq olaraq nazil edən Allahdır.
Nə bilirsən, bəlkə də, o saat (qiyamət saatı) yaxındır!
[42:18]
Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnanlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. (Ya Peyğəmbər!) Bil ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər.
[42:19]
Allah ?z bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir!
[42:20]
Biz axirət qazancını (savabını) istəyənin qazancını
artırar, dünya mənfəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.
[42:21]
Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir
şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır. Əgər (cəzanın qiyamətə saxlanılması barədə) qəti söz (və'd) olmasaydı, aralarında hökm artıq icra
edilmiş olardı (hamısı elə dünyada ikən əzaba düçar edilərdi). Şübhəsiz ki, zalımları
şiddətli bir əzab gözləyir!
[42:22]
(Ya Peyğəmbər! Qiyamət günü) zalımları (dünyada) qazandıqları
günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın
sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib
yaxşı işlər görənlər isə cənnət bağçalarında
olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır.
Budur ən böyük ne'mət!