[42:23]
Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey
istəmirəm. Kim bir yaxşı
iş görərsə, onun yaxşılığının
savabının (mükafatını)
artırarıq!" Həqiqətən, Allah
bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)
[42:24]
Yoxsa onlar: "(Muhəmməd) Allaha qarşı
yalan uydurdu!" - deyirlər. (Ya Peyğəmbər!) Əgər Allah istəsə, sənin qəlbini möhürləyər (Allahın adından yalan danışacağın təqdirdə Qur'anı sənə büsbütün unutdurar). Allah batili məhv edər və haqqı ?z sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.
[42:25]
Bəndələrinin tövbəsini O qəbul edir,
günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir.
[42:26]
İman gətirib yaxşı
işlər görənlərin duasını qəbul edən, ?z ne'mətini onlara artıran da
Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!
[42:27]
Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (?z bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah
öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə qədər ruzi verəcəyini ?z əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, çörəyi artıq olsa,
xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar).
[42:28]
(İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, ne'mətini (yağışını) açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tə'rifə (şükrə) layiq olan da Odur.
[42:29]
Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları
yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü)
onları bir yerə
yığmağa qadirdir!
[42:30]
Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır!
(Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.
[42:31]
Siz (Allahı) yer üzündə aciz buraxa bilməzsiniz
(Onun əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allahdan
başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada yetəniniz!