[42:32]
Dənizdə (uca) dağlar
kimi üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir.
[42:33]
Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən, (ne'mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
[42:34]
Yaxud onları (gəmi əhlini)
qazandıqlarına (günahlarına) görə məhv edər və bir çoxunu bağışlayar!
[42:35]
Bizim ayələrimiz (qüdrət nişanələrimiz) barəsində mübahisə edənlər bilsinlər ki, onlar üçün (əzabımızdan) qaçıb can qurtarmağa heç bir yer
yoxudur!
[42:36]
Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah
yanında olan (axirət mükafatları) isə daha
yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər;
[42:37]
O kəslər üçün ki, böyük günahlardan
rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun
günahını) bağışlayarlar;
[42:38]
O kəslər üçün ki, Rəbbinin də'vətini qəbul edər (iman gətirər), namaz qılar,
işlərini öz aralarında
məsləhət-məşvərətlə görər, onlara verdiyimiz
ruzidən (Allah yolunda) sərf edərlər.
[42:39]
Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) mə'ruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası nədirsə, onu verərlər).
[42:40]
Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları
sevməz!
[42:41]
Zülmə mə'ruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz (onların heç bir günahı yoxdur,
uğradıqları haqsızlığın əvəzini çıxmışlar).
[42:42]
Cəza ancaq insanlara
(haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!
[42:43]
Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası)
bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!
[42:44]
Allahın yoldan
çıxartdığı kimsəyə (Allahın) ?zündən başqa yol
göstərən olmaz. (Ya
Peyğəmbər!) Sən zalımları əzabı
gördükləri zaman: "(Pərvərdigara!) Geri
dönməyə dünyaya qayıtmağa) bir yol varmıdır?" - deyən görəcəksən.