[42:45]
Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını
büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin
(oda) baxdıqlarını
görəcəksən. İman gətirənlər deyəcəklər: "Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı
olanları) ziyana
uğradanlardır!" Bilin ki, zalımlar (kafirlər) daimi əzab içində
olacaqlar.
[42:46]
Onlara Allahdan başqa yardım
edəcək (Allahın əzabından qurtara biləcək) dostlar tapılmayacaqdır. Allahın (öz pis əməlinə, çirkin e'tiqadına görə) zəlalətə
saldığı kimsə üçün (haqqa
dönüb qayıtmağa) heç bir yol olmaz!
[42:47]
(Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün
(qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin də'vətini qəbul edin! (Ona
iman gətirin!) O gün
sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz!
[42:48]
(Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin də'vətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara
gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir. Əgər Biz insana ?z dərgahımızdan
bir mərhəmət (ne'mət)
daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!
[42:49]
Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.
[42:50]
Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız)
edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
[42:51]
(Heç bir bəşər
övladına Allahla
danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan
peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah
qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla
onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə
qarşı-qarşıya durub danışması
qeyri-mümkündür). Allah bəşər övladı ilə
(Musanın anası ilə olduğu
kimi) ancaq vəhylə (ilham və rö'ya ilə), yaxud (Musa kimi) pərdə arxasından
danışar (Allahın kəlamı
eşidilər, amma ?zü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!