[2:283]
Səfərdə olub katib tapmasanız, girov saxlayın. Əgər bir-birinizə e'tibar edirsinizsə, e'tibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu
gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!
[2:284]
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə
çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah)
istədiyini bağışlar, istədiyinə
də əzab verər. Allah hər şeyə qadirdir!
[2:285]
Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur'ana) inanmış
və mö'minlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!"
[2:286]
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Mö'minlər deyirlər:
) "Ey
Rəbbimiz, (bə'zi
tapşırıqlarını) unutduqda və
ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz
çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla,
bizə rəhm et!
Sən bizim ixtiyar
sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!"