[43:11]

O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!

[43:12]

Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.

[43:13]

Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin ne'mətini yada salaraq deyəsiniz: "Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı.

[43:14]

Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!"

[43:15]

Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona ?z bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan (Allahın ne'mətlərinə) açıq-aşkar naşükürdür!

[43:16]

Yoxsa O, yaratdıqlarından qızları ?zünə övlad götürüb oğlanları sizə məxsus etdi?!

[43:17]

Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar.

[43:18]

Onlar bərbəzək içində böyüdülüb, mübahisəəkişmə) zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər?

[43:19]

Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar!

[43:20]

Onlar dedilər: "Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!" Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.

[43:21]

Yoxsa onlara bundan (bu Qur'andan) əvvəl bir kitab vermişik və onlar (Allahdan başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər?!

[43:22]

Xeyr (belə bir şey yoxdur). Onlar: "Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!" - deyirlər.