Ad-Dukhân
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[44:1]
Ha, Mim!
[44:2]
(Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba
and olsun ki,
[44:3]
Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri ?z əzabımızla) qorxuduruq!
[44:4]
Hər bir hikmətli (dəyişilməsi mümkün
olmayan) iş o gecə hökm
(ayırd) olunur -
[44:5]
Dərgahımızdan bir
buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk -
[44:6]
Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
[44:7]
O, göylərin, yerin və onların
arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə
inanırsınızsa (bilin
ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)!
[44:8]
Ondan başqa heç bir
tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir.
[44:9]
Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə ürəkdən inanmır, Qur'ana və Peyğəmbərə istehza edirlər).
[44:10]
(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq
gətirib yerlə
göyün arasını, sanki bir duman bürüdüyünü görəcəklər!)
[44:11]
(Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır!
(Doğrudan da, Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən napak şeyləri belə yeməyə məcbur olmuşlar).
[44:12]
(Belə bir bəlaya uğrayan
müşriklər deyəcəklər: ) "Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz, həqiqətən iman gətirəcəyik!" (Məkkə müşriklərinin bu
yalvarışından sonra Peyğəmbər əleyhissəlam Allaha dua
etmiş, Allah da onları həmin bəladan qurtarmışdı. Lakin müşriklərin çoxu öz sözünün üstündə durmamışdı).
[44:13]
Onlara hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər gəldi,
[44:14]
Onlar isə ondan üz çevirib belə dedilər: "(Bu
başqası tərəfindən) öyrədilmiş bir divanədir! (?zü heç bir
şey bilmir, Qur'anı kimsə ona öyrədir)".
[44:15]
Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə)
qayıdacaqsınız!
[44:16]
Onları lap möhkəm yaxalayacağımız gün (qiyamət, yaxud Bədr vuruşu günü), şübhəsiz ki, Biz (onlardan) intiqam
alacağıq!
[44:17]
And olsun ki, Biz onlardan əvvəl Fir'on qövmünü
imtahana çəkmişdik. Onlara möhtərəm bir peyğəmbər (Musa) gəlmişdi.
[44:18]
(O demişdi: )
"Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mö'təbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm!