i[44:30]
İsrail
oğularını isə o alçaldıcı əzabdan
qurtardıq,
[44:31]
Fir'ondan
(xilas etdik). Həqiqətən, o, təkəbbür göstərən, həddi aşanlardan idi!
[44:32]
And olsun ki, Biz
onları (İsrail övladını) ?zümüz
bilə-bilə aləmlərdən (bir hikməti-ilahi ilə zəmanələrindəki bəşər əhlindən) üstün tutduq.
[44:33]
Onlara
(özlərini necə aparacaqlarını bilmək üçün) hər biri
açıq-aşkar bir imtahan olan
mö'cüzələr (dənizin yarılması,
bildirçin əti, qüdrət halvası və s.) verdik.
[44:34]
(Ya
Peyğəmbər!) Bunlar (sənin qövmünün müşrikləri) mütləq deyəcəklər:
[44:35]
Bu (ölüm) elə bizim ilk (və son)
ölümümüzdür ki var. Biz bir daha dirildiləcək deyilik!
[44:36]
Əgər (öləndən sonra Allahın bizi
dirildəcəyini) doğru deyirsinizsə, (bizdən qabaq ölmüş) atalarımızı (dirildib) gətirin görək!
[44:37]
(Ya
Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) yaxşıdır (qüvvətlidir), yoxsa (Yəmən padşahlarından
Tövrata inanan Əbu Kərb Əs'ədin) Tübbə' qövmü,
yaxud onlardan əvvəlkilər?! (Ad, Səmud,
Mədyən
və Əykə tayfaları?!) Günah işlədikləri üçün Biz onları məhv
etdik.
[44:38]
Biz göyləri, yeri və onların
arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!
[44:39]
Biz onları yalnız
haqq olaraq yaratdıq, lakin onların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!
[44:40]
Şübhəsiz ki, (haqqı batildən, yaxşını yamandan, mö'mini kafirdən) ayırd etmə günü onların hamısının (bir yerdə olma) vaxtıdır!
[44:41]
O gün dostun dosta heç bir
faydası olmaz, onlara kömək də edilməz! (Heç kəs heç kəsdən Allahın əzabını dəf
edə bilməz!)
[44:42]
Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət sahibidir!
[44:43]
Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı
[44:44]
Günahkar (kafir) kimsənin yeməyidir!
[44:45]
O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar;
[44:46]
Qaynar su qaynayan kimi!
[44:47]
(Allah əzab mələklərinə buyurar: ) "Onu tutub Cəhənnəmin tən ortasına sürüyün!
[44:48]
Sonra başına əzab olaraq qaynar su
tökün!
[44:49]
(Və ona belə deyin: ) "(Bu
əzabı) bir dad görək! Sən
ki (öz aləmində) çox qüvvətli,
möhtərəm bir şəxs
idin!"
[44:50]
Bu, (dünyada ikən) şəkk etdiyiniz (əzabdır)!
[44:51]
Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə -
[44:52]
Bağçalarda və bulaqlar başında olacaqlar!
[44:53]
Taftadan
və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
[44:54]
(Mö'minlərin Cənnətdəki əhvalı) belədir. Hələ
onları iri (ahu) gözlü hurilərlə
evləndirəcəyik.
[44:55]
Onlar
orada (cənnət ne'mətlərinin tükənməzliyinə) arxayın
olaraq hər meyvədən istəyəcəklər.
[44:56]
Onlar orada ilk
(dünyadakı) ölümdən başqa heç
bir ölüm dadmayacaqlar! (Allah)
onları cəhənnəm əzabından qorumuşdur -
[44:57]
Sənin Rəbbindən bir lütf olaraq (ya
Peyğəmbər!) Bu, böyük
qurtuluşdur (uğurdur)!
[44:58]
Biz onu
(Qur'anı ümmətin üçün) ancaq sənin dilinlə
asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul edələr!
[44:59]
(Ya
Peyğəmbər!) Sən (müşriklərin ölümünü, məğlubiyyətini) gözlə. Şübhəsiz ki, onlar da (sənin ölümünü, məğlubiyyətini) gözləyirlər!