Muhammad
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[47:1]
Kafir olanların və (insanları) Allah yolundan döndərənlərin əməllərini (Allah) puç edəcəkdir.
[47:2]
İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qur'ana) inanların isə
günahlarının üstünü örtəcək, onların əhvalını
(dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).
[47:3]
Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa (Qur'ana) tabe
olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!
[47:4]
(Ey mö'minlər!) Kafirlərlə (döyüş meydanında)
qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə,
(qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra
da müharibə bitdikdə onları ya
(boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri
bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür - müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi
biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı
əmr etdi). Allah ?z yolunda
öldürülənlərin əməllərini əsla puç etməz.
[47:5]
(Allah) onları
doğru yola müvəffəq edəcək, onların əhvalını
(dünyada və axirətdə) düzəldəcəkdir.
[47:6]
Və onları (dünyada) özlərinə tanıtmış
olduğu Cənnətə daxil edəcəkdir.
[47:7]
Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım
göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.
[47:8]
Kafirlərə gəldikdə isə - hamısı məhv olsun -
onların əməllərini puça çıxardar!
[47:9]
Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Qur'anı) bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi.
[47:10]
Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu
görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri də buna bənzərləri (belə şeylər) gözləyir!
[47:11]
Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu
(himayədarı) yoxdur!